08.01.2016

Örnək olan döyüş yolu

 

       Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə bir qrup müharibə veteranlarının iştirakı ilə “Örnək olan döyüş yolu” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.

     Tədbirdə Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədrinin birinci müavini, Qarabağ müharibəsinin sərhədçi veteranı Mustafa Əliyev, “Vətən Müharibəsi Veteranları” ictimai birliyinin Nizami, Xocalı rayon sədri və "Veteran" qəzetinin baş redaktoru Qafar Mirzəyev, Xocalı rayon Gənclər Birliyinin sədri Tural Nurməmmədov və mətbuat nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları ilk öncə Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

       Çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

        Daha sonra tədbir şagird və müəllimləri maraqlandıran sual - cavab və təkliflərlə davam etdirilib.