09.01.2016

Bakı şəhəri üzrə fənn müsabiqələri keçirilib

     

       Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələrinin üçüncü - yekun mərhələsi  keçirilib.

       Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub.

       Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib. Müsabiqə iştirakçılarına test suallarını cavablandırmaq üçün 1,5 saat vaxt verilib.

       Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaqdır.