28.01.2016

“Açıq dərs” verilişində “Açıq qapı” günləri layihəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb

 

        27 yanvar tarixində İctimai Televiziyanın efirində yayımlanan “Açıq dərs” verilişində “Açıq qapı” günləri layihəsinin yekunlarına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, məktəb direktorları, müəllimlər və psixoloqlar arasında fikir mübadiləsi aparılmışdır.

        Qeyd edək ki, 7 - 22 dekabr tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində “Açıq qapı” günləri keçirilmişdir.

       “Açıq qapı” günlərinin təşkil edilməsinin əsas məqsədləri məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla Bakı şəhərində fəaliyyət göstərən məktəbləri tanış etmək olmuşdur.

 

“Açıq dərs” verilişi