25.02.2016

“Sim - sim” sirli şou studiyası tərəfindən tədbir keçirilib

Müstəqil Azərbaycanda cəmiyyətimizin gələcəyi olan gənclərin və şagirdlərin təhsili, tərbiyəsi və istirahəti üçün hər bir şərait yaradılır. Bu məqsədlə 24 fevral 2016 – cı il tarixində 42 saylı orta məktəbdə “Sim - sim” sirli şou studiyası tərəfindən əyləncəli tədbir keçirilib. Sözügedən şou studiya tərəfindən təmənnasız şəkildə keçirilən tədbirdə aktyor və klounlar tərəfindən göstərilən müxtəlif səhnəciklər, sehrbaz və nağıl qəhrəmanlarının bir – birindən maraqlı çıxışları şagirdlərin böyük sevincinə səbəb olub.

Qeyd edəki ki, “Sim - sim” sirli şou studiyasının kollektivi Mədəniyyət və Turizm nazirliyi tərəfindən keçirilən “Gənc istedadlar” müsabiqəsində, ardıcıl olaraq xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakına, 2012 – 2014 – cü illərdə Azərbaycanın hərbi hissələrində əsgərlər qarşısındakı maraqlı çıxışlarına görə diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.