07.03.2016

"Ədəbiyyatımız milli mənliyimizdir" adlı ədəbi – bədii kompozisiya keçirilmişdir

4 mart 2016-cı il tarixdə 298 nömrəli tam orta məktəbdə ədəbi-bədii kompozisiya keçirilmişdir.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist araşdırmaları mərkəzinin sədri Seymur Verdizadə iştirak etmişdir.

"Ədəbiyyatımız milli mənliyimizdir"adlı ədəbi- bədii kompozisiyada Azərbaycan ədəbiyyatı tarixinə səyahət edilmiş , şagirdlər tərəfindən şeirlər söylənmiş, səhnəciklər göstərilmiş və mahnılar ifa olunmuşdur.

Tədbir 298 nömrəli məktəbin direktoru Şaiqə xanım Hüseynova və qonaqların  çıxışları ilə yekunlaşmışdır.