11.03.2016

XXVIII  Spartakiadanın  basketbol yarışı başa çatıb

Bakı    şəhəri   45 nömrəli  tam  orta  məktəbin  idman  zalında  Bakı  Şəhər   Gənclər   və İdman  Baş  İdarəsi  və  Bakı   Şəhəri   üzrə Təhsil  İdarəsi   tərəfindən   paytaxt   məktəbliləri   arasında    XXVIII    Spartakiadanın  proqramına   daxil   olan  oğlanlar  arasında basketbol yarışının oyunları başa çatmışdır.

Yarışda  9  rayon komandası tərkibində 108 nəfər iştirak etmişdir. Yarışın nəticəsinə görə Bakı Anadolu Türk Liseyinin komandası I,  269 nömrəli tam orta məktəbin komandası II,  169 nömrəli tam orta məktəbin komandası III, Bakı Avropa Liseyinin komandası IV,  229 nömrəli tam orta məktəbin komandası V, Ankara Liseyinin komandası VI, 106 nömrəli tam orta məktəbin komandası VII,  282 nömrəli tam orta məktəbin komandası VIII,  115 nömrəli tam orta məktəbin komandası  IX  yerlərə layiq  görülmüşdür. Yarışları respublika dərəcəli hakim Aydın Ağaəliyevin rəhbərliyi ilə hakimlər kollegiyası idarə etmişdir.

XXVIII Spartakiadanın şahmat, stolüstü tennis və basketbol (oğlanlar) növləri üzrə yarışlarından sonra Xətai rayonu 10 xalla I, Nəsimi rayonu 12 xalla II , Sabunçu rayonu 13 xalla III , Nizami rayonu 14 xalla IV , Yasamal rayonu 15 xalla V , Nərimanov rayonu 17 xalla VI, Qaradağ rayonu 19 xalla VII , Suraxanı rayonu 21 xalla VIII , Binəqədi rayonu 22 xalla IX, Səbail rayonu 29 xalla X  və Xəzər rayonu 38 xalla XI yerləri  tutmuşdur.