14.03.2016

Uşaqların I sinfə qəbulu ilə bağlı məlumat

Azərbaycan Respublikası təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılmışdır.

Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 14175 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmişdir. 12737 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirmişdir. Onlardan 10447 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2290 nəfəri isə lisey və gimnaziyaları seçmişdir.

Bu günə olan rəsmi məlumata əsasən, 7019 nəfər oğlan, 6327 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilmişdir. Onlardan 716 nəfəri 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 13 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilmişdir.

I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər olmuşdur.


Açar sözlər: ,