15.03.2016

“Öyrənək əməl edək, öyrədək tələb edək!” 

Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Öyrənək əməl edək, öyrədək tələb edək!” devizi altında ibtidai sinif müəllimləri üçün maarifləndirici seminar keçirilib. Yol hərəkəti qaydalarını məktəblərdə təbliğ etmək məqsədilə keçirilən maarifləndirici seminarda Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin əməkdaşı polis mayoru Deystani İsa, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı Rasim Abdullayev, “Həyat” Humanitar Təşkilatının rəhbəri, ekspert Azər Allahverənov, Bakı şəhəri   21, 31, 36, 42, 126 nömrəli tam orta məktəblərin müəllimləri iştirak edib.

Seminarda iştirakçı müəllimlərə yol hərəkəti qaydalarına aid məşğələ nümunələri və digər əyani vəsaitlər paylanılıb. Sonda seminarla bağlı sorğu keçirilib. Sorğunun nəticəsində məlum olub ki, müəllimlər belə seminarların tez-tez keçirilməsini dəstəkləyirlər.


Açar sözlər: