11.04.2016

Bakı şəhəri 25 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin “Zirvə” rəqs qrupu beynəlxalq rəqs müsabiqəsində iştirak edib

Bakı şəhəri  25 nömrəli  Uşaq  Yaradıcılıq Mərkəzinin rəqs kollektivi Gürcüstan Respublikasının Tiflis şəhərində keçirilən “Vaxtanq Çabukiani adına Beynəlxalq Rəqs Müsabiqəsi”ndə iştirak etmişdir. Festival-müsabiqə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Gürcüstanın Dövlət İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

Azərbaycanın müxtəlif rəqs ansamblları bu festival-müsabiqədə artıq üçüncü dəfədir ki təmsil olunub. İştirakçılar arasında Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Moldova,  Estoniya və digər ölkələrin rəqs kollektivləri iştirak edirdilər.

Mərkəzimiz bu rəqs müsabiqəsində “Sarı gəlin", “Azərbaycan süitası”, “Almanı atdım xarala”, “Arşın malalan” rəqsi,  “FlaşMob” müasir rəqsləri ilə çıxış ediblər. Mərkəzimizin rəqs kollektivi bütün nominasiyalar üzrə çıxışlarda digər iştirakçılardan fərqləniblər.  “Zirvə” rəqs qrupu “İspan rəqsi”, “Almanı atdım xarala”, ”Qaytağı”, “Sarı gəlin” solo ifa nominasiyası üzrə  I yerə çıxmışlar.

Qaliblərimiz diplom və medallarla təltif olunmuşlar.