18.04.2016

“Multikulturalizm  sözdə və əməldə” mövzusunda  ədəbi-bədii gecə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə  2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar olaraq  95 nömrəli  tam orta məktəbin akt zalında “Multikulturalizm sözdə və əməldə” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələrini qoruyub, təbliğ etmək,  insanlar arasında qarşılıqlı anlaşma, hörmət hisslərini formalaşdırmaq, eyni zamanda bu günlərdə cəbhə xəttində qəhrəman igidlərimizin şücaətini dilə gətirərək şagirdlərdə mübarizlik, əzmkarlıq, vətənə sevgi hissini gücləndirmək   məqsədilə təşkil olunmuşdur.

Tədbirdə Əməkdar müəllim, şair, nasir, publisist, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, “Təhsil və zaman” qəzetinin redaktoru, Təhsil Şurasının Mətbuat və İctimayyətlə əlaqə mərkəzinin rəhbəri, yazıçı, jurnalist Böyükağa Mikayıllı, bir sıra ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak edirdilər.

Tədbirdə müxtəlif xalqlara aid ifa və rəqslər nümayiş etdirən dərnək üzvləri sonda vətənpərvərlik ruhunda çıxışlar və şeirlər səsləndiriblər.