20.04.2016

Bakı şəhəri  46  nömrəli  Məktəbdənkənar Tərbiyə Mərkəzinin Yol Polisinin Gənc Köməkçiləri komandası   “Mən böyümüşəm” əyləncəli uşaq verilişində

Bakı şəhəri  46  nömrəli  Məktəbdənkənar Tərbiyə Mərkəzinin Yol Polisinin Gənc Köməkçiləri komandasının 21 üzvü  “Mən böyümüşəm” əyləncəli uşaq verilişində iştirak etmişlər. Məktəblilər  çıxış edərək bütün hərəkət iştirakçılarının maarifləndirilməsinin zəruriliyindən,  təhlükəsizlik kəmərindən istifadənin vacibliyindən, əcaib səs siqnallarından, standartlara uyğun olmayan ksenon lampaların quraşdırılmasından, sutkanın qaranlıq vaxtında tünd rəngli geyimlərin qəzalara səbəb olmasından danışmışlar.

Yol Polisinin Gənc Köməkçiləri komandasının üzvləri televiziya vasitəsilə öz həmyaşıdlarını yollarda  daha diqqətli və məsuliyyətli olmağa, kiçik yaşlarından yol hərəkəti qaydalarını öyrənməyə, ona əməl etməyə çağırmış və  onlara  verilən sualları cavablandırmışlar.

Verilişdə Mərkəzin rəqs qrupu “Polis marşı” rəqsi ilə çıxış etmişdir.