20.04.2016

“Mənim gözəl ailəm” müsabiqəsinin qalibləri məlum olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Aydınlığa doğru” milli - mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşəbbüsü ilə ümumtəhsil məktəblərində “Ailə Akademiyası”  layihəsi çərçivəsində “Mənim gözəl ailəm” adlı müsabiqə keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın mədəni irsi, tarixi, adət-ənənələrinin təbliği, bu istiqamətdə gənclər arasında maarifləndirmə işinin aparılması, elmin, təhsilin və mədəniyyətin inkişafına kömək, vətəndaş cəmiyyətinin inkişafında qadınların rolunu fəallaşdırmaqdır.

Qeyd edək ki, “Ailə Akademiyası” adlı layihədə ailədaxili münasibətlərin tənzimlənməsi, problemlərin müzakirə edilərək həll olunması,  böyüməkdə  olan  nəslin  milli və mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində məqsədyönlü işin  aparılması nəzərdə tutulub.

Bu günlərdə “Mənim gözəl ailəm” slayd müsabiqəsinin II mərhələsinə yekun vurulub. Müsabiqənin nəticələrinə əsasən, 108 nömrəli tam orta məktəb I, 136 nömrəli tam orta məktəb II, 119 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb.


Açar sözlər: ,  ,