25.04.2016

Karateçilərimiz beynəlxalq turnirdə 10 medal qazandı

16 - 17 aprel 2016 - cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində  karate idman növü üzrə “Tbilisi Open” adlı beynəlxalq turnir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 12 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbinin (İOEUGİM) komandası turnirdə Azərbaycanı təmsil edib.

İdman məktəbi turnirə 18 idmançı və 3 məşqçi - müəllimdən ibarət komanda heyəti ilə qatılıb.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı Gürcüstan, Rusiya, Belarusiya, Ukrayna, İzrail və Misirin komandaları da iştirak edib.

Yeniyetmə və uşaqlar arasında keçirilən yarışlarda 12 nömrəli İdman Məktəbinin komandası uğurla çıxış edib. Belə ki, 30 kq çəki dərəcəsində Oruc Süleymanlı I,  Muhəmmədəli Xəlilov III, 40 kq çəki dərəcəsində Ramil Baxşəliyev II, 45 kq çəki dərəcəsində İsmayıl  Məhəbbətli III, 51 kq çəki dərəcəsində Hüseyn Məmmədli I, Elçin Quliyev II, Ömər Eyvazov III, 58 kq çəki dərəcəsində Hüseyn Hüseynzadə I, Ayşə Hacaloğlu III, 70 kq çəki dərəcəsində isə Məmməd Məmmədov III yerlərə layiq görülüblər.