26.04.2016

Şagirdlərimiz əsgərlərimizi dəstəkləyir 

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq etmək, xalqımızın hər bir nümayəndəsinin var gücü ilə dəstəyə və döyüşə hazır olduğunu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq  üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib. 

Bu təqdirəlayiq təşəbbüsə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və tabeliyindəki məktəblər də qoşulub.

Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin ən böyük ehtiyacı mənəvi dəstəkdir. Əsgərlərimizə dəstək olmaq və onlara mənəvi dayaq olmaq üçün Bakı şəhərində yerləşən məktəblərin şagirdləri tərəfindən əsgərlərə böyük həvəs və ruh yüksəkliyi ilə məktublar yazılıb.

Ümid edirik ki, hər bir məktəbli tərəfindən yazılmış məktublar ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaq.

Xalqımızın birliyini simvolizə edən, kiçikdən böyüyə bütün xalqın bir yumruq kimi birləşdiyinin sübutu olan bu məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır.


Açar sözlər: