27.04.2016

 “Azərbaycanı tanıyaq və tanıdaq” adlı ədəbi-bədii musiqili  tədbir keçirilmişdir

26 aprel 2016-cı il tarixində İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbdə “Ölkəmizi tanıdaq” layihəsi çərçivəsində multikulturalizm ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd respublikada gedən quruculuq işlərini, regionların inkişafını, Azərbaycanın keçmişinin və bu günün vəhdətini, multikulturalizm ənənələrini əks etdirməkdir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, İdarənin sektor müdirləri, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Abbasov və məktəb direktorları iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, ali baş komandan cənab İlham Əliyevin apardığı siyasi kursa, quruculuq işlərinə işıq salan tədbir Azərbaycanı tərənnüm edən şeir və mahnılarla müşayiət olunmuşdur. Bakıdan başlayan səyahət Gəncə, Naxçıvan, Quba, Lənkaran və Qarabağa qədər davam etmiş, hər bölgənin  öz  mütəfəkkirləri, generalları, alimləri, tanınmış simaları təmsil olunmuşdur.

“Ölkəmizi tanıdaq”  layihəsi çərçivəsində keçirilən tədbir 42 nömrəli məktəbin direktoru Firəngiz Həmidova və dəvət olunmuş qonaqların çıxışı ilə yekunlaşmışdır. 


Açar sözlər: ,  ,