01.01.1970

“Multikulturalizm ili” çərçivəsində səyyar mühazirələr təşkil olunur

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə təhsil müəssisələrində multikulturalizmə həsr olunan səyyar mühazirələr təşkil olunur.

Qeyd edək ki, artıq Bakı şəhəri üzrə 16, 18, 34, 49, 91, 160, 189-190, 236, 291, 329 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində səyyar mühazirələr təşkil olunub. Mühazirələrə 758 şagird, 96 pedaqoji işçi cəlb olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Bilik fondu, Neft Kimya Prosesləri  İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri tərəfindən “Azərbaycanda multikulturalizm və tolerantlıq”, “Multikulturalizm nədir?”, “Multikulturalizm və təhsil”, “Multikulturalizm və vətənpərvərlik”, "Azərbaycanda multikultural dəyərlər" mövzularında mühazirələr keçirilib.

Mühazirələrdə Azərbaycanın müxtəlif millətlərə, irqlərə, dinlərə və etnik qruplara məxsus insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı ən unikal bir ölkə olduğu, burada əsrlər boyu yaşayan xalqların, toplumların özlərini azad, firavan hiss etdiyi, bir-birləri ilə dostluq, qardaşlıq münasibətlərində yaşadığı  məktəblilərin nəzərinə çatdırılıb.

Bundan başqa, multikultural, tolerant və humanist dəyərlərin ölkə siyasətinin əsasında durduğu, ölkəmizdəki ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühitinin tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsi olduğu bildirilib, müxtəlif ölkələrin tarixi, mədəniyyəti, mənəvi dəyərləri böyüməkdə olan gənc nəslə çatdırılıb. 


Açar sözlər: ,  ,