03.05.2016

Otüstü  hokkey üzrə beynəlxalq turnir keçirilib

21 - 25  aprel 2016 - cı il tarixlərində Gürcüstanın Batumi şəhərində otüstü hokkey üzrə beynəlxalq turnir keçirilib. Bakı şəhəri 14 nömrəli  Uşaq - Gənclər İdman Məktəbinin (UGİM) komandası turnirdə Azərbaycanı təmsil edib.   

İdman məktəbi turnirə məşqçi - müəllim Ceyhun Mirzəyevin başçılığı altında 14 idmançı ilə qatılıb.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı Türkiyənin  Rize komandası və Gürcüstanın Tiflis, Kutaisi, Abaşa və Batumi   komandaları da iştirak edib.

Sonda ölkəmizi təmsil edən 14 nömrəli  UGİM – in komandası II yerin qalibi olub. Gürcüstanın Kutaisi komandası I, Batumi komandası isə III yerə layiq görülüb.       

Qalib komandalara kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.