05.05.2016

Milli qəhrəmanlarla görüş keçirilib

Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə Azərbaycan Milli ordusuna dəstək və şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov və “Azərbaycan bayrağı” ordenli, “Vətən uğrunda” medallı Bilal Məmmədovla “Qəhrəmanlar unudulmur” adı altında görüş keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilmişdir. Öncə 2-5 aprel 2016-cı il tarixlərində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək, aprel ayının əvvələrində  Azərbaycan Silahlı  Qüvvələrinin qazandığı uğurlardan və orduya dəstək məqsədi ilə təhsil ocaqlarında aparılan silsilə tədbirlərdən danışmışdır. Azərbaycanın igid oğulları, hərbçilər, Milli Qəhrəmanlarla görüşlərin təşkilinin şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir.

Görüşdə qəhrəmanlar çıxış edərək öz döyüş xatirələrindən söz açmış, şagirdləri maraqlandıran suallara cavab vermişlər. Tədbirin digər qonaqları Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Qarabağ döyüşlərinin iştirakçısı Aidə Şirinova, 184 nömrəli tam orta məktəbin adını daşıdığı şəhid Kamran Yaqubovun anası da tədbir iştirakçıları ilə öz təəssuratlarını bölüşmüşdür.

Tədbirdə şagirdlər hazırladıqları kompozisiyaları, Süleyman Rüstəmin “Ana və poçtalyon” əsərini və Kamran Yaqubov haqqında səhnəciyi nümayiş nümayiş etdirmiş, məktəbin musiqi müəllimi Leyla Kərimli şagirdlərlə birlikdə vətənpərvərlik mahnıları səsləndirmişlər. Eyni zamanda məktəbin rəsm müəllimi Rəxşəndə Məmmədovanın yağlı boya ilə işlədiyi qəhrəmanların portretləri onlara təqdim olunmuşdur.

Tədbirin sonunda şagirdlər “Qarabağ bizimdir,bizim olacaq!”şüarını səsləndirmişlər.


Açar sözlər: ,