06.05.2016

Yaddaşlarda yaşayan şair

Bakı  şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Yaddaşlarda yaşayan şair” adlı ədəbi-bədii gecə    keçirilmişdir. Tədbirdə   Zəlimxan Yaqub irsinin araşdırıcısı, əməkdar mədəniyyət işçisi, Aşıqlar  Birliyinin mətbuat katibi Musa Nəbioğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  müəllimi  aşıq Altay Məmmədov, polis mayoru, şairə Aidə Şirinova, şairə Cığatel İsaqızı, şairə-publisist Güllü Eldar, Aşıq Pəri məclisinin üzvü Aidə Gülüzar və aşıq Aişə iştirak etmişlər. Həmçinin Bakı şəhəri  8, 14, 18, 42, 44, 160, 164, 245 nömrəli məktəblərin 80-dən çox şagirdi də  tədbirə qatılmışdı.   

Tədbirdə  aparıcılar Zəlimxan Yaqubun həyat və yaradıcılığı haqqında məlumat vermiş, mərkəzdə fəaliyyət göstərən “Dram”, “Folklor” və “Musiqisevərlər”  dərnəklərinin üzvləri şairin şerlərindən ibarət kompozisiya ilə çıxış etmişdilər. Qonaqlar Zəlimxan Yaqubla bağlı xatirələrindən danışmış, şairin xatirəsinə həsr etdikləri şeirləri tamaşaçıların diqqətinə çatdırmışlar. Tədbir boyu şairin həyat və yaradıcılığını əks etdirən video-çarxlar nümayiş olunmuşdur.