20.05.2016

Başa çatmaqda olan tədris ilinin nəticələri yeni uğurlar vəd edir

Bu gün 276 nömrəli məktəbdə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə başa çatmaqda olan tədris ilinin yekununa həsr edilən iclas keçirilib. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin müdiri Emin Əmrullayev, müdir müavinləri, sektor müdirləri və məktəb direktorları iştirak edib.

İclasda çıxış edən İdarə müdiri Məhəbbət Vəliyeva və nazirliyin şöbə müdiri Emin Əmrullayev ilk dəfə olaraq iyun ayında Bakı şəhərində VI siniflərdə ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək qiymətləndirmə barədə geniş məlumat veriblər.

İclasda paytaxtın təhsil sistemində əldə edilən nəticələr və qarşıda duran vəzifələr barədə Məhəbbət Vəlievanın geniş məruzəsi dinlənilib. İdarə müdiri məruzəsində məktəbəhazırlıq qruplarının məşğələləri, I sinfə qəbul prosesi, sentyabrın 16 - dan dekabrın 31 – dək 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu qaydaları, təmayülləşmə, IX siniflərdə keçirilən buraxılış imtahanları, açıq dərslərin keçirilməsi, son zəngin təşkili və digər məsələlərə toxunub.

Sonda İdarənin müdir müavini Rəşad Tağıyev müəllimlərin işə qəbulu, müəllimlərin yerdəyişməsi ilə bağlı aparılan müsahibə barədə ətraflı məlumat verib.


Açar sözlər: