21.06.2016

“Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda intellektual yarış keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin  təşkilatçılığı ilə Nizami və Binəqədi  rayonunda  fəaliyyət göstərən  ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev  və müasir Azərbaycan  tarixi” mövzusunda  intellektual yarış keçirilib.

Layihənin əsas məqsədi məktəblilərin tarixə olan maraqlarını artırmaq, onları müasir Azərbaycan tarixində Ümumilli Liderimizin Azərbaycanın yaradıcısı olaraq keçdiyi yollarla yaxından tanış etmək, müasir Azərbaycan tarixinin dərindən mənimsənilməsi üçün məktəblilər arasında güclü rəqabət mühiti yaratmaqdır.

Layihə çərçivəsində Nizami və Binəqədi rayonlarında fəaliyyət göstərən məktəblər arasında hər rayon üzrə birinciliyi təyin etmək üçün yarışlar keçirildi. Hər bir yarışda şagirdlər arasında mövzuya böyük həvəs, maraq müşahidə olunurdu.

Yarışın nəticələrinə əsasən,  Binəqədi rayonundan 205 nömrəli, Nizami rayonundan isə 62 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülmüşdür.


Açar sözlər: