19.07.2016

“Asiyanın uşaqları” adlı VI beynəlxalq idman oyunları keçirilib

6 - 16 iyul 2016-cı il tarixlərində Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” adlı VI beynəlxalq idman oyunları keçirilib. Ümumilikdə, atletika üzrə 28 ölkədən 430 idmançının iştirak etdiyi oyunlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (İOEUG) Atletika Məktəbinin üç atleti mübarizə aparıb.

Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda Azərbaycanla yanaşı Asiya qitəsindən 38 ölkənin təmsilçiləri basketbol, boks, taekvando, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük və s. idman növlərində medallar uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən, 5 №-li İOEUG Atletika Məktəbinin yetirmələrindən Yelena Pextereva 100 m vəzifəni 12.24 s, 200 m vəzifəni isə 25.69 s qət edərək I yerə layiq görülüb. Atletlərdən Günel Əliyeva, Lamiyə Vəliyeva və Yelena Pextereva 4x100 estafet qaçışını 49.33 s qət edərək  I yerin sahibi olublar.

        


Açar sözlər: