07.09.2016

Məktəb yarmarkası keçiriləcək

8-11 sentyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Yasamal Rayon Bələdiyyəsi və Milli Ensiklopediya Mərkəzinin dəstəyi ilə Community.az portalı tərəfindən “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb yarmarkası keçiriləcək.

“Şərq-Qərb” nəşriyyatı, “Sağlam ailə” tibb mərkəzi, “SOS” Uşaq kəndləri, “Dərs Evi” tədris mərkəzi, “Standard İnsurance”, “Antaris” məktəb ləvazimatları şirkətlərinin iştirakı ilə keçiriləcək yarmarka Milli Ensiklopediya Mərkəzində (“Book Cafe”) baş tutacaq.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etməsinə yardımçı olmaqdır. Burada məktəb ləvazimatları, dərslik, kitabların satışı və müxtəlif həvəsləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur.

Məktəb yarmarkası qeyd olunan günlərdə saat 10:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək.


Açar sözlər: