29.09.2016

I sinfə qəbul prosesi davam edir

Hazırda I sinfə qəbul prosesi davam edir. Nəzərinizə çatdıraq ki, I sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılır.

Tədris ili başladıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə I sinfə qəbulla bağlı valideynlər (və ya qanuni nümayəndələr) tərəfindən 410 müraciət daxil olub.

29 sentyabr 2016-cı il tarixinə olan məlumata əsasən, I sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36354 nəfəri Azərbaycan bölməsi, 7952 nəfəri rus bölməsində təhsil alır. I sinifdə təhsil alan şagirdlərdən 41487 nəfəri 6 yaşı tamam olan, 2818 nəfəri isə 6 yaşı tamam olmayanlardır.

Lisey və gimnaziyaların I siniflərinə isə 2497 nəfər şagird qəbul olub. Onlardan 2156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.


Açar sözlər: ,  ,  ,