30.09.2016

“Məktəb icmaları” layihəsi çərçivəsində yeni seminar keçiriləcək

Oktyabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb İcmaları” layihəsi  çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirəcək.

Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.

Seminarın məruzəçisi Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmanndır.

Tədbirdə iştirak etmək istəyənlər nigar.aliyeva@community.az  elektron ünvanından və yaxud +(99412)3100322;  +(99451)6993996 nömrələri ilə əlaqə saxlamaqla  qeydiyyatdan keçə bilərlər.

Layihə “Access Bank” ASC“Sağlam Ailə” MMC“Baker Tilly Azərbaycan” MMC tərəfindən dəstəklənir.


Açar sözlər: ,  ,