10.10.2016

“Ayın nümunəvi sinfi” müsabiqəsinə start verilib

Yeni tədris ilindən etibarən 36 nömrəli tam orta məktəbdə “Ayın nümunəvi sinfi” müsabiqəsinə start verilib.

İlk dəfə keçirilən müsabiqə siniflər arasında rəqabət mühitinin formalaşdırılması, məktəbdaxili təlim-tərbiyə baxımından keyfiyyətin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Ay ərzində tədris nailiyyəti, nümunəvi davranışı, məktəbli kitabçasının aparılması qaydası və məktəbli formasına riayət meyarlarına görə qalib gələn siniflər valideyn və müəllimlərin birgə təşkilatçılığı ilə ödənişsiz qaydada müxtəlif tarixi, əyləncəli məkanlara ekskursiyalara getmək imkanı qazanır.

Qeyd edək ki, adıçəkilən müsabiqə tədris ili boyu davam edəcək.


Açar sözlər: ,