14.10.2016

Multikulturalizm mövzusunda “Dəyirmi masa” keçirilib

Oktyabın 14-də paytaxtdakı 315 nömrəli tam orta məktəbdə “Multikulturalizm sözdə və əməldə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi, eləcə də Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov, yazıçı-kulturoloq Aydınxan Əbilov, publisist Qəni Camalzadə, şagirdlər və valideynlər iştirak ediblər.

                Öncə məktəbin foyesində multikulturalizmə həsr olunmuş sərgiyə baxış keçirilib.

“Dəyirmi masa”da çıxış edən məktəbin direktoru Dadaş Əliyev Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsindən danışıb. Qeyd edib ki, uğurlu daxili siyasət nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün xalqların vahid ideyasına çevrilib.

Sonra Təhsil Nazirliyinin nümayəndəsi Elçin Sərdarov iştirakçılar qarşısında multikulturalizm mövzusunda maraqlı təqdimatla çıxış edib.

Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirən yazıçı-kulturoloq Aydınxan Əbilov və publisist Qəni Camalzadə bildiriblər ki, əsrlər boyunca xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşaraq, bu prosesə mühüm töhfələr verib.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,