21.10.2016

Məktəblilər arasında inşa yazı müsabiqəsi 

Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, Xətai, Yasamal və Suraxanı rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik  mövzusunda  inşa yazı müsabiqəsinə start verilib.

Təhsil Nazirliyi və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığına əsasən, 14 oktyabr tarixindən başlayan müsabiqə "Tənhalara Dayaq" İctimai Birliyi tərəfindən “Gənclərin Qarabağ  müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində həyata keçirilir.

Yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanması, onların vətənə sədaqət ruhunda tərbiyə olunması məqsədi daşıyan müsabiqədə Səbail, Nərimanov və Xətai rayonları üzrə ən yaxşı inşa müəlliflərinin adları bəlli olub.

Qalibləri mükafatlandırmaq üçün təşkil edilən tədbirdə hər rayon üzrə 30 ən yaxşı inşa müəllifinə diplom  və hədiyyələr təqdim edilib.

Çıxış edən gənclər ölkəmizin inkişafı üçün bundan sonra da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.


Açar sözlər: ,  ,  ,