24.10.2016

Müəllim və valideynlər üçün növbəti səyyar qəbul

Oktyabrın 28-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul keçiriləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Nizami rayonu 12 nömrəli tam orta məktəbdə (Ünvan: Özbəkistan küçəsi 3) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.


Açar sözlər: ,  ,