26.10.2016

Məktəbdə vətənpərvərlik mövzusunda görüş

Oktyabrın 26-da Bakıdakı 328 nömrəli tam orta məktəbdə şagirdlərə vətənpərvərlik hissinin aşılanması və onların Vətənə sədaqət ruhunda tərbiyə olunması məqsədilə görüş keçirilib.

Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş İbad Hüseynov iştirak edib.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayan görüşdə məktəbin direktoru Leyla Baxşiyeva çıxış edərək, ölkəmizin müstəqillik uğrunda verdiyi qurbanlardan və qəhrəmanlardan danışıb.

İ.Hüseynovun keçdiyi döyüş yolu barədə qısa filmin nümayişindən sonra görüş müzakirələrlə davam edib.

Şagirdləri maraqlandıran sualları cavablandıran İ.Hüseynov onlara Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda  mübarizəyə daim hazır olmağı tövsiyə edib.

Çıxış edən müəllim və şagirdlər görüşə gəldiyinə görə İ. Hüseynova təşəkkür edib, ölkəmizin daha parlaq sabahı üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.