31.10.2016

“Multikulturalizm ili”nə həsr olunmuş rəsm müsabiqəsi

Paytaxt məktəbliləri arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika  rəsm müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.

Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, gənc istedadları üzə çıxarmaq, uşaqlara milli və dini dözümlülük hissi aşılamaq, uşaqların təhlükəsiz, azad və xoşbəxt yaşamasına dəstək vermək məqsədilə təşkil edilən müsabiqədə Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin yetirmələrinin 250-yə yaxın əl işinə baxış keçirilib.

Müsabiqənin  Bakı şəhər mərhələsinin nəticələrinə əsasən,  70, 96, 124, 125, 147, 171, 184, 189-190, 209, 265, 322 nömrəli tam orta məktəblərin şagirdləri  və  24, 28,  39, 42, 46 nömrəli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin multikultural dəyərləri özündə əks etdirən rəsmləri ən yaxşı işlər kimi qiymətləndirilib və respublika mərhələsinə təqdim olunub.