03.11.2016

“75 məktəb” layihəsi çərçivəsində görüşlərə start verilib

Noyabrın 2-də “75 məktəb” layihəsi çərçivəsində ilk görüş Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbdə keçirilib.

“Dəyirmi masa”da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb direktorları, direktor müavinləri, Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.

Məktəbləri layihənin istiqamətləri ilə tanış etmək və layihə çərçivəsində görüləcək işlərin müzakirə olunması məqsədilə təşkil edilən “Dəyirmi masa”da layihəyə cəlb olunan məktəblərin tədris göstəricilərinin təhlili, minimum proqramların təqdimatı və davamiyyətin monitorinqi məsələləri müzakirə edilib.

Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni  layihədən biri də “75 məktəb” layihəsidir.

Layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.


Açar sözlər: ,  ,