07.11.2016

Müəllim və valideynlər üçün səyyar qəbul

Noyabrın 11-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə səyyar qəbul keçiriləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 27 nömrəli tam orta məktəbində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.


Açar sözlər: ,  ,  ,  ,