18.11.2016

"Multikulturalizm sözdə və əməldə"  mövzusunda tədbir

“Multikulturalizm ili” çərçivəsində Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdə tədbir keçirilib. “Avropaya səyahət” adlı  tədbirdə məktəbin şagirdləri tarix, musiqi, idman, rəsm, kulinariya sahələrində bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə çıxış edənlər müxtəlif millətlərə, irq, din və etnik qruplara məxsus insanların Azərbaycanda qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını, əsrlər boyu burda yaşayan xalqların, toplumların özlərini azad, firavan hiss etdiyini, öz milli mədəniyyətlərini, dini adət-ənənələrini, bayramlarını sərbəst şəkildə nümayiş etdirdiklərini məktəblilərin nəzərinə çatdırıblar.

Şagirdlər təfərindən göstərilən səhnəciklərdə ölkədə müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin sərbəst fəaliyyəti üçün şəraitin, o cümlədən, Azərbaycan cəmiyyətindəki unikal tolerantlıq, mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu bir daha öz əksini tapıb.

Tədbirdə şagirdlər müxtəlif xalqların dilində şeirlər söyləyib, mahnılar oxuyub, milli geyimlərində rəqslər nümayiş etdiriblər.