21.11.2016

Şagirdlər “ADA” Universitetində olub

Bakıdakı 144 nömrəli tam orta məktəbin VII sinif şagirdləri və müəllim heyəti “Kompüter əsri olsa da, kompüter əsiri olmayaq” layihəsi çərçivəsində “ADA” Universitetinə səfər edib.

Yeniyetmələri internetin zərərli tərəflərindən qorumaq, onları bu sahədə maarifləndirmək məqsədi daşıyan görüşdə şagirdlərə mövzu ilə bağlı məlumatlar verilib, tələbələrlə fikir mübadiləsi və müzakirələr aparılıb.

Daha sonra “ADA” Universitetinin tələbələri şagirdləri ali məktəblə yaxından tanış ediblər.

Qeyd edək ki, bu, 144 nömrəli məktəb şagirdlərinin “ADA” Universitetinin tələbələri ilə ilk görüşü deyil. Bir müddət öncə “ADA” Universitetinin bir qrup tələbəsi məktəbin qonağı olub, şagirdləri maraqlandıran suallara cavab veriblər.

 “Kompüter əsri olsa da, kompüter əsiri olmayaq” layihəsi çərçivəsində şagird-tələbə görüşlərinin davam etməsi nəzərdə tutulub.