25.11.2016

 “Xəzər regionunun ekologiyası” mövzusunda seminar

Bakı şəhərindəki  233  nömrəli tam orta  məktəbdə “Xəzər regionunun ekologiyası” mövzusunda seminar keçirilib.

Seminar məktəbin biologiya  müəllimi Samirə Musayeva tərəfindən aparılıb.

Seminarda müəllim və şagirdlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərinin dərnək rəhbərləri və Almaniyanın “Şlümberje” şirkətinin əməkdaşları iştirak ediblər.

Seminarda şagirdlərə ekoloji problemlər, neft buruqlarının qazılması və neftin tərkibi, suyun keyfiyyətinin öyrənilməsi haqqında geniş məlumat verilib. Eləcə də VIII-XI sinif şagirdlərindən ibarət qruplarla bir sıra praktiki işlər görülüb.

Sonda bütün iştirakçılara diplom təqdim olunub.