29.11.2016

Məktəblilərin multikulturalizm töhfəsi

Bakı şəhərindəki 246 nömrəli tam orta məktəbdə “Multikulturalizm sözdə və əməldə” mövzusunda tədbir keçirilib.

Multikulturalizm ənənələrini qoruyub saxlamaq və geniş təbliğinə nail olmaq, müxtəlif ölkələrin tarixini yetişməkdə olan gənc nəslə çatdırmaq, onlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək məqsədi daşıyan tədbirdən öncə iştirakçılar mövzu ilə əlaqədar məktəblilərin hazırladıqları sərgi ilə tanış olublar.

“Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Almaz Bayramova Azərbaycanda müxtəlif millətlərə, irqlərə, din və etnik qruplara məxsus insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını, onların öz milli mədəniyyətlərini, adət-ənənələrini sərbəst şəkildə nümayiş etdirdiklərini nəzərə çatdırıb.

Tədbirdə nümayiş etdirilən müxtəlif ölkələrin mədəniyyəti, milli adət-ənənələri, dövlət atributları ilə bağlı rəsmlər, dekorativ tətbiqi sənət və kulinariya nümunələri, rəqs və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: ,  ,