01.12.2016

Məktəblilərin qidalanması mövzusunda maarifləndirici tədbirlər davam edir

Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Sağlamlıq forumları” adlı maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məqsədilə həyata keçirilən tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi və  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.  

Tədbirdə Bakıdakı 3, 102  nömrəli  tam  orta  məktəblərin  müəllim, şagird, valideyn kollektivi və məktəblərdə fəaliyyət göstərən yeməkxanaların əməkdaşları iştirak ediblər.

İnteraktiv müzakirə formatında keçən tədbirdə şagirdlərə sağlam həyat tərzi, məktəblilərin qidalanması, artıq çəki, fiziki aktivlik və digər məsələlər barədə məlumat verilib, şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Forumda fəal iştirak etmiş şagirdlərə hədiyyələr təqdim olunub.

Qeyd  edək ki, müvafiq tədbirlər daha öncə Bakı şəhərindəki 5, 12, 177, 189-190 nömrəli tam orta məktəblərdə də təşkil olunub.


Açar sözlər: