01.12.2016

Məktəblilər arasında bilik yarışı keçirilib

“Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində "Məktəblilərarası məntiq yarışı" keçirilib.

Bilik yarışı məktəblilərin məntiqi biliklərinin, elmə marağının artırılması,  xüsusi məntiqi təfəkkürü olan şagirdlərin aşkar edilməsi, onların həvəsləndirilməsi məqsədilə təşkil olunub.

Məntiq yarışında Bakıdakı 85 nömrəli tam orta məktəbi “Zəka", 140 nömrəli tam orta məktəbi “Zəfər”,  232 nömrəli tam orta məktəbi isə “Uğur” komandası təmsil edib.

Tədbirdə məktəb direktorları, müəllimlər, uşaq birliyi rəhbərləri də iştirak ediblər. Çıxışlarda şagird  nailiyyətinin  artırılmasında  bilik yarışlarının  xüsusi  rolu  qeyd edilib, təhsildə  əməkdaşlıq  edərək  öyrənməyin vacibliyi məsələsinə toxunulub.

Yarışın sonunda  qalib  komandaya (“Zəka")  kubok, digər komandalara (“Zəfər” və “Uğur”) isə diplomlar təqdim olunub.  


Açar sözlər: ,