02.12.2016

İki rayon üzrə müəllim və valideynlərin qəbulu

Dekabrın 2-də Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakı şəhərindəki 276 nömrəli tam orta məktəbdə keçirilən qəbulda vətəndaşlar şagird sıxlığı, idman zallarının tikilməsi, məktəblərdə tədrisin daha səmərəli təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,  ,