08.12.2016

Məktəblilər arasında stolüstü  tennis üzrə turnir

Dekabrın 7-də Bakı şəhər məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilib.

VI - IX sinif şagirdlərinin iştirakı ilə paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilmiş turnirdə 9 rayon komandasının tərkibində 45 nəfər iştirak edib.

Yarışın nəticələrinə görə, 258 nömrəli tam orta məktəbin komandası I, 238 nömrəli tam orta məktəbin komandası II, Heydər Əliyev adına Liseyin komandası III yerə layiq görülüb.

Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və digər qonaqlar qalibləri təbrik ediblər.

Turnirdə I, II və III yerləri tutmuş komandaların üzvləri diplom və medallarla təltif olunublar.