08.12.2016

Məktəbdə elmi-praktik konfrans

Bakı şəhərindəki 147 nömrəli Texniki-humanitar liseydə “Elmin zirvələrini fəth edək” adlı elmi-praktik konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.

Bədii və elmi hissədən ibarət olan konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ADNSU-nun, BDU-nun nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Bədii hissədə şagirdlərin ifasında mahnılar və şeirlər dinlənilib.

Konfransın elmi hissəsində Azərbaycan dili və ədəbiyyatı, rus dili, riyaziyyat və informatika, tarix və coğrafiya, fizika, kimya-biologiya, ingilis dili bölmələrində müzakirələr aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Kiçik akademiya”lar barədə ətraflı məlumat verib, akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tətqiqatyönlü olmasının vacibliyini nəzərə çatdırıb.


Açar sözlər: ,  ,  ,  ,