09.12.2016

Müəllim və valideynlərin müraciəti dinlənilib

Dekabrın 9-da Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Paytaxdakı 311 nömrəli tam orta məktəbdə təşkil olunmuş qəbulda vətəndaşlar təhsil müəssisələrinin təmiri, akt zalının genişləndirilməsi, istilik sisteminin yenidən qurulması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,  ,