21.12.2016

“Milli nağıl” müsabiqəsi başa çatıb

Ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Milli nağıl” müsabiqəsi keçirilib.

Bakı şəhərinin Xətai rayon məktəbləri arasında təşkil olunmuş müsabiqədə şagirdlər Azərbaycanın milli nağıllarından bəhs edən səhnəciklər nümayiş etdiriblər.

Müsabiqənin qalibi adına 59 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları layiq görülüb.

Qalib komandalar müvafiq diplom və hədiyyələrlə mükafatlandırılıblar.