26.12.2016

"Kiçik akademiya" üzvləri Azərbaycan Dillər Universitetində olub

Bakıdakı 232 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya"nın xarici dillər bölməsinin üzvləri və müəllimlər Azərbaycan Dillər Universitetinə səfər edib.

Səfərin məqsədi şagirdlərdə xarici dillərə marağı artırmaq və universitetlə məktəb arasında əməkdaşlıq körpüsü yaratmaqdan ibarətdir.

Universitetin rəhbərliyi və müəllimlərlə görüş zamanı şagirdlər məktəbin "Kiçik akademiya"sının fəaliyyəti haqqında geniş məlumat veriblər. Məktəblilər rus, ingilis, fransız dillərində şeirlər, mahnılar söyləyib və kiçik səhnəciklərlə universitet müəllimləri qarşısında çıxış ediblər.

Görüşdə ADU-nun rektoru Əfqan Abdullayev şagirdləri maraqlandıran suallara cavab verib və xarici dillərin öyrənilməsinin əhəmiyyəti haqqında fikirlərini bildirib.

Daha sonra universitetin tələbələri şagirdləri ali məktəblə yaxından tanış ediblər. 


Açar sözlər: ,