27.12.2016

Təhsil müəssisəsinin 55 illik yubileyi qeyd olunub

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, millət vəkili İlham Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, akademik Fikrət Əliyev, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan danışıb. O, məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirib. Direktor məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, millət vəkili İlham Əliyev, ADPU-nun rektoru Cəfər Cəfərov və digər qonaqlar son illər respublikamızda aparılan təhsil islahatlarından söz açaraq, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində təhsilə verdiyi töhfələr haqqında danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də hər zaman təhsilə böyük diqqət və qayğı göstərir.

Tədris ocağının 55 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik edən məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı kövrək xatirələrini bölüşüblər.

Tədbir incəsənət ustalarının ifası və şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.


Açar sözlər: ,  ,