28.12.2016

Dərs müşahidələrinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council”un birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində dərs müşahidələrinə start verilib.

Dərs müşahidələri Bakı şəhərinin 12 inzibati rayonu üzrə layihəyə cəlb olunmuş pilot məktəblərin VII-VIII siniflərində aparılıb.

Dərs müşahidələri zamanı layihəyə cəlb olunan İngilis dili müəllimlərinin dərsləri dinlənilib. Dərs zamanı istinad edilən metodiki resurslar, yerinə yetirilən tapşırıqlar “British Council”un təlimçiləri tərəfindən dəyərləndirilib.

Dərs müşahidələri müəllimlərin layihə boyunca əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə keçirilir. Qeyd edək ki, dərs müşahidələri “Uğur üçün tədris” layihəsi üzrə müqayisəli qiymətləndirmənin aparılmasına xidmət edir. 


Açar sözlər: ,  ,  ,