29.12.2016

SPEX layihəsi çərçivəsində görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Uğur üçün tədris” (SPEX) layihəsinə cəlb olunan 54 məktəbin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin və “British Council”un nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və layihə koordinatorları iştirak ediblər.

Qeyd edək ki, “Uğur üçün tədris” layihəsinin həyata keçirilmiş mərhələləri olan Beynəlxalq Aptis İmtahanı və dərs müşahidələri ətrafında ümumi təhlil və bundan sonra izləniləcək yol xəritəsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüş zamanı ümumi təhsil məktəbləri rəhbərlərinin təklifləri dəyərləndirilib və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunub.


Açar sözlər: ,  ,  ,