27.01.2017

Paytaxtın 2 rayonu üzrə səyyar qəbul keçirilib 

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 46 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri, əmək haqqı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,  ,