07.02.2017

“Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilir

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilir.

Məktəblilərin “Gənc istedadlar” breyn-rinq bilik yarışı şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilir.

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 24, 84, 113, 312 və 327 nömrəli tam orta məktəblərin “İntellekt”, “Zəfər”, “Zəka”, “Lider” və “Təfəkkür” komandaları iştirak edir.

Bilik yarışının I mərhələsində məktəblilər Azərbaycan dili, Azərbaycan tarixi, riyaziyyat və coğrafiya fənləri üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda “Lider” və “Təfəkkür” komandaları (312 və 327 nömrəli tam orta məktəblərin komandaları) maksimum 15 xalı toplayaraq digər komandalardan fərqləniblər.

II mərhələdə şagirdlər biologiya, fizika, informatika və İngilis dili fənləri üzrə bilik yarışına qatılıblar. Bu mərhələdə “Lider” və “Təfəkkür” komandaları 11 xal toplayaraq iki mərhələnin nəticələrinə görə, 26 xalla liderliyi bölüşüblər.

Komandaların növbəti görüşü fevral ayında 327 nömrəli tam orta məktəbdə keçiriləcək. Beynəlxalq Ana dili Gününə həsr olunan bu mərhələdə şagirdlər kimya, ədəbiyyat, dünya tarixi və riyaziyyat fənləri üzrə mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının son mərhələsi mayda keçiriləcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq final mərhələsində yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq qalib məktəb seçiləcək.


Açar sözlər: ,  ,  ,